İsmayıllıda gil çıxaran şirkətlə bağlı Baş Prokurorluğa müraciət edilib...

05 2018 15:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər. Reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078 min kub.m həcmində gil çıxarıldığı məlum olub. Faktla bağlı şirkət barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilsə də, qarşı tərəf iddialarla razılaşmır.