Qəbələdə şəkər çuğunduru yığılır...

05 2018 15:27

Şəkər çuğunduru istehsalının artırılmasının dəstəklənməsi və ölkə əhalisinin şəkərə olan tələbatının daxili istehsal hesabına ödənilməsi istiqamətində müsbət nəticələr əldə olunur. Qəbələdə də hazırda şəkər çuğundurunun yığımı aparılır. Bu il rayonda 67 hektar sahədə çuğundur əkilib. Fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda bol məhsul yetişib. İndiyədək məhsulun demək olar ki, yarısı yığılıb. Gələn il isə əkinçilər çuğundur sahələrini artırmağı planlaşdırır.