Şəkidə yüksək bal toplayanlarla görüş keçirildi...

04 2018 15:28

Şəkidə bu il qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən tələbələrlə görüş keçirilib. Çıxış edənlər Şəki məzunlarının bu il göstərdiyi yüksək nəticələr barədə məlumat veriblər. Bildirilib ki, bu il ali məktəblərə qəbul olmaq üçün Şəkidən sənəd vermiş 1279 məzundan 880 nəfəri tələbə adını qazanıb. Onlardan 215 nəfəri 500 baldan, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova isə ən yüksək nəticə əldə edərək 700 bal toplayıb.Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.