İsmayıllıda da fermer və koordinasiya şurası yaradıldı...

04 2018 12:56

İsmayıllı rayonunun Dövlət Aqrar İnkişaf mərkəzində Fermerlər və Koordinasiya şuralarının təsis olunmasına dair iclas keçirilib. Yerli fermerlərə yeni yaradılan şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahəninin inkişafına dair təkliflər verməkdir. Fermerlər şikayət və təkliflərini şuraya təqdim etməklə yaşadıqları çətinliklərin qısa zaman ərzində həllinə nail olacaqlar.