"Şəki Store" açıldı...

03 2018 16:40

"Şəki Stor"un açılışı çox böyük izdihamla müşayət olunub. Açılış lenti kəsiləndən sonra isə sakinlər mağazaya axın ediblər. Açılış münasibətilə tort kəsilib, müştərilər çaya qonaq edilib. 15 mindən çox məhsul çeşidi olan mağazada hər bir alıcının cibinə və istəyinə uyğun məhsul var. Burada meyvə-tərəvəz, ət satışı, dondurulmuş qida, daxili şirniyyat istehsalı və satışı və digər bölmələr müştərilərin xidmətinə verilib. "Şəki Store" rəhbərliyi də müştəri məmnuniyyətini ilk günkü kimi saxlamaq üçün mütəmadi olaraq müxtəlif kampaniyalar keçirməyi düşünür. Səhər saat 8-dən etibarən qapılarını müştərilərin üzünə açacaq "Şəki Stor" gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək.