Balakəndə qızıl ziynət əşyaları oğurlayanlar saxlanıldı...

03 2018 13:39

Balakəndə həmkədlisinin evindən küllü miqdarda qızıl-zinyət əşyaları oğurlayan iki gənc həbs edilib. Balakənin İtitala kənd sakini, Fatimə İsayeva yaşadığı evin pəncərəsindən qanunsuz olaraq nəməlum şəxs və ya şəxslərin daxil olduğu barədə Balakən rayon Polis Şöbəsinə mürəciət edib. Məlum olub ki, evdən 4 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl qolbaq, 5 ədəd qızıl üzük, 5 cüt qızıl sırğa, 3 ədəd gümüş boyunbağı, 2 cüt gümüş sırğa, 3 gümüş üzük və 4 gümüş qolbaq olmaqla ümumilikdə 20 min manat dəyərində qızıl-zinyət əşyaları oğurlanıb. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatimə İsayevaya məxsus evdən küllü miqdarda qızıl-zinyət əşyalarını oğurlayanların elə onun həmkəndliləri - 20 yaşlı Natiq Həsənov və 21 yaşlı Nuru Şabanov olduğu müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində Natiq Həsənov və Nuru Şabanov rayon ərazisində tutularaq istintaqa təhvil veriliblər. Fatimə İsayevanın evindən oğurlanan qızıl-zinyət əşyaları saxladıqları yerdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.