İsmayıllının Xəlilli kəndində yeni uşaq bağçasının açılışı oldu...

01 2018 16:48

İsmayıllı rayonunun Xəlilli kəndində yeni tikilən uşaq bağçasının açılış mərasimi keçirilib. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarlarla təchiz edilib və müasir tələblərə cavab verən isitmə sistemi qurulub. Bağçada müxtəlif yaş qruplu körpələrin gün ərzində oynaması, dincəlməsi və əylənməsi üçün yemək, yuyunma, oyun zalları, yataq otaqları və bufetlə təmin edilib. İçməli su və yanğına qarşı su anbarı, transformator yarımstansiyası tikilib. Bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb. Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək sakinlərə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib. Həmçinin uşaqların ölkənin və millətin gələcəyi, hər bir ailənin sevinci, nəslin davamçısı olduğunu bildirib. Qeyd olunub ki, bütün dövrlərdə uşaqların xoşbəxt, firavan yaşaması, eyni zamanda əsl vətəndaş, şəxsiyyət kimi böyüməsi cəmiyyəti daim narahat edən, düşündürən məsələlərdən biridir. Daha sonra uşaq bağçası-körpələr evinə baxış keçirilib. Diqqətə çatdırılıb ki, hazırda rayonda 10 belə tərbiyə müəssisəsi var. Son bir neçə ildə rayonda 5 uşaq bağçası-körpələr evi tikilib. 2 qruplu, 40 yerlik Xəlilli kənd uşaq bağçasında hər qrup üzrə təlim və tərbiyə otaqlarının olduğu, balacalar üçün həmçinin müsiqi zalının, tibb məntəqəsinin fəaliyyət göstərdiyi qeyd edilib.