İsmayıllıda qarşıda duran vəzifələr müzakirə olunub...

31 2018 17:39

İsmayıllıda prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Tədbirdə rayon administrasiyası, millət vəkilləri, ziyalılar, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri iştirak ediblər. Çıxış edən icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov yeni layihələrin həlli istiqamətində görüləcək işlər haqqında danışıb. Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafını təmin edəcək yeni layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Tərtib olunmuş tədbirlər planına əsasən, sənaye zonası, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizmin yeni inkişaf mərhələsinə çatdırılması, səhiyyə, mədəniyyət və təhsil sahəsində yeni layihələrin hazırlanması və həyata keçirilməsinə diqqətdə saxlanılır. Bildirilib ki, dövlət başçısının İsmayıllıya səfərindən dərhal sonra İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Bu isə yığıncaq iştirakçıları tərəfindən rayona göstərilən qayğı və diqqətin bariz nümunəsi kimi qiymətləndirilib. Yığıncağında prezident İlham Əliyevə müraciət qəbul olunub.