Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib...

31 2018 17:14

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyib.Əsas müraciətlər tarixi abidələrin qorunması, kitabxanalarda yeni texnologiyaların tətbiqi, rəsm qalereyalarının qorunması, musiqi məktəblərində yeni fənlərin tətbiqi, bölgədə yerləşən tarixi abidələrin abadlaşdırılması ilə bağlı olub.Eyni zamanda bölgədə beynəlxalq festivalların keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib. Müraciətləri dinləyən nazir Əbülfəs Qarayev bəzi məsələləri yerindəcə həll edib. Bəzilərinin isə araşdırılması üçün tapşırıqlarını verib. Nazir həmçinin tarixi abidələrin qorunması və abadlaşdırılmasında ictimaiyyətin fəallığının artırılması istiqamətində iş aparılmasının vacibliyinə diqqət çəkib.