İki avtomobil toqquşdu, dərəyə yuvarlandı...

31 2018 13:21

Gecə saatlarında Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Şəki – Qax yolunda iki VAZ 2106 markalı avtomobil toqquşub. Toqquşma nəticəsində hər iki avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində sərnişin, Şəki rayonu Göynük kənd sakini Samirə Qafarova xəsarət alıb. Şəki RMX-dan verilən məlumata görə xəsarətlər yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.