Şəki polisi maarifləndirməni davam etdirir...

30 2018 15:10

Şəki şəhər-rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi azyaşlıların küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssələrində maarifləndirmə tədbirlərini davam etdirir. 22 saylı uşaq bağçasında keçirilən tədbirdə azyaşlılarla yanaşı, onların valideynləri və tərbiyəçilər də iştirak edib. Uşaqlara əyani vasitələrlə avtomobil, piyada, küçə və digər anlayışlar barədə məlumat verilib. Bundan əlavə valideynlərə uşaqları bağçaya gətirib apararkən əməl etməli olduqları yol hərəkəti qaydaları bir daha xatırladılıb, azyaşlıları küçə və yollara nəzarətsiz buraxmamaq tövsiyə olunub. Belə maarifləndirici tədbirlərin rayonun digər məktəbəqədər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.