Talıstan kənd məktəbinin uğurları...

30 2018 14:46

İsmayıllıda bu il biri 700 olmaqla 38 şagird 600-dən yuxarı bal toplayıb. Bu uğurda Talıstan kənd məktəbinin də rolu böyükdür. Bu il qazandıqları uğur sahəsində İsmayıllı rayon Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin şagirdləri 11-ci sinif şagirdləri gündəmə gəldilər. Ümumilkdə bu sinifin qazandığı uğurun sirri böyükdən kiçiyə hər kəsi maraqlandırdı. Zarafat deyil bir sinifdəki 20 şagirdindən 13-ünün tələbə adını qazanması. Ümumilkdə götürsək hər bir şagirdin uğur qazanması, yüksək nəticə göstərməsi birgə əməyin nəticəsidir. Yəni bu bir növ müəllim, şagird və valideyn münasibətlərinin, diqqətinin qayğısının bəhrəsidir. Çox valideynin arzusudur övladı yüksək nəticə göstərsin, ən yaxşı ali təhsil müəssisələrində təhsil alsın hətta müəllimlər də çəkdiyi zəhmətin qarşılığını gözləyir amma yenə əsas yük şagirdin çiyinlərinə düşür. Əgər o da bu məsuliyyəti dərk edirsə onda nəticə bax bu cür olur. Əks təqdirdə quyuya su tökməklə doldurmaq mümkün olmaz. Bu 20 şagirddən 5-nin 600-dən yuxarı, 3-ünün 500-dən, 1 nəfərin 400, 4 nəfərin də 300-dən yuxarı bal topladığı Talıstan kənd tam orta məktəbi ilk uğuruda deyil. 2008 və 2013-cü ildə məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin də qalibi olub.