Turşu lavaş - təhlükəli qida?

30 2018 13:31

Yol kənarlarında satılan turşu lavaşlar.. Uşaqların hətta böyüklərin çox sevdiyi məhsulun təhlükəsindən xəbərimiz varmı? Nəzərə alsaq ki, bu cür lavaşlar plastik tərkibli torbalarda və çox vaxt günün altında satılır., Deməli, təbii məhsulların belə, əsl təhlükə mənbəyinə çevrilməsinə zəmin var. Raya Mustafayeva uzun illərdir ki, çörək pulunu təbii üsullar hazırlayıb satdığı lavaşlardan çıxarır. Hər səhər hazırladığı turşu lavaşları yol kənarında səliqəli şəkildə düzür. Meyvələrdən hazırlanan bu lavaşlara isə həmişə təlabat var. Satıcı məhsulların gigiyenik cəhətdən təmiz olduğunu deyir. Lavaşların saxlama şəraitinə əməl olunsa uzun onu müddət istifadə etmək mümkündür. 1 manatdan başlayan qiymətlər lavaşların ölçüsünə uyğun olaraq dəyişir. Uşaqların daha xoşladığı bu turşuları uzun illərdir ki, alan da var, onları gigiyenik cəhətdən təmiz saymayıb uzaq duranlar da. Mütəxəssislər isə bildirir ki, lavaş turşular bütün gün günəş şüaları altında qaldığından qıcqırır. Həmçinin plastik torbalarda keyfiyyəti dəyişir. Nəticədə isə ciddi fəsadlar ortaya çıxa bilər. Ev şəraitində hazırlanan məhsullar satışa çıxarılan zaman hər bir məhsulun üzərində istehsal tarixi mütləq qeyd olunmalıdır. Mütəxəssislər yararlılıq müddəti şübhə doğuran mallarla bağlı alıcılara xəbərdarlıq edir. Çünki məhsul təbii olsa da kənar təsirlər onu təhlükə mənbəyinə çevirə bilər.