Şəkidə 10 tona yaxın narkotik tərkibli bitki məhv edildi...

29 2018 18:30

“Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus 2,5 ha pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.