Kimsəsiz yaşlılar sevindirildi...

29 2018 16:26

Qızıl Aypara Cəmiyyətinin kollektivi, Könüllülər və İsmayıllı rayon xəstəxanasının əməkdaşları ilə birgə qayğıya ehtiyacı olan köməksiz və kimsəsiz yaşlı insanlara qayğı göstərməkdə davam edir. Layihəyə cəlb olunan insanlar köməyə ehtiyacı olanlara baş çəkib, onlara maddi və mənəvi dəstək olub, hətta ev işlərində kömək ediblər. Həmçinin tibb işçiləri onları evdə müayinə edib, bəzilərinin xəstəxanaya yerləşdirilməsində köməklik göstəriblər. İsmayıllı rayon Qızıl Aypara Cəmiyyətinin kollektivi bu cür təşəbüsləri mütamadi olaraq keçirir.Ümumilikdə isə İsmayıllıda Qızıl Aypara Cəmiyyəti yaranandan 17 nəfər əlilə əlil arabası verilib. Yanğın və sürüşmə nəticəsində ziyan dəymiş 53 ailəyə çadır və məişət əşyaları , 400-ə yaxın imkansız ailənin uşaqlarına məktəb çantaları, forma və ləvazimatlar verilib. Hər il 150-yə yaxın imkansız ailələrə ərzaq yardımları edilir və 60-a yaxın ailəyə, tənha qocalara tibbi yardəm göstərilir.