Mikroavtobus minik avtomobili ilə toqquşdu, yaralılar var...

29 2018 13:10
Yenə mikroavtobus qəzası faciə ilə nəticələndi. İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində 9 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Qax şəhər sakini, 37 yaşlı Fərhad Bilalovun idarə etdiyi 90-MG-934 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusla Bakı şəhər sakini , 31 yaşlı Tural Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı minik avtomobili toqquşub. Xəstələrə ilkin yardım olunduqdan sonra xəstəxanalara çatdırmaq üçün 103 və 113 xidmətinin 3 təcili yardım maşını cəlb olunub. Mikroavtobusda olan sərnişinlər, Bakı şəhər sakini 42 yaşlı Vəfa Əfəndiyeva, Qax rayon Ləkit kənd sakini 25 yaşlı Beycət Yusifli, Bakı şəhər sakini 57 yaşlı Şəfiqə Cəfərova, İmişli rayon sakini 26 yaşlı Vəfa Ağayeva və onun bacısı 18 yaşlı Jalə Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ümumilikdə 2-si uşaq olmaqla 7 nəfər Oğuz MRX-yə gətirilib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Tural Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri 42 yaşlı Nəcabət Yusifova və onun oğlu, 15 yaşlı Elman Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Oğuz MRX-yə aparılan Jalə Ağayeva da Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.