Oğuzda avtomobil alışdı...

28 2018 16:46

Oğuz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm-Şəki avtomagistralının Oğuz rayonu Bucaq kənd ərazisində qeydə alınıb. Şəki rayon sakini 63 yaşlı Cabbarov Vaqif Mənəf oğlu idarə etdiyi 55-NR-911 dövlət nömrə nişanlı Opel Astra avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib, yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobil beton dirəyin altında qalıb və alışıb. Nəticədə sürücü xilas olsa da avtomobil yanaraq tamamilə yararsız hala düşüb. Hadisə yerinə FHN Oğuz rayon şöbəsinin yanğınsöndürənləri cəlb olunub və yanğının ətraf meşə zolağına keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.