"Qədim Qəbələ"də axtarışlar davam edir...

28 2018 13:00

2500 illik tarixə malik Qəbələ 800 ildən çox bir müddətdə qədim Azərbaycan dövləti Albaniyanın ilk paytaxt şəhəri olub. Qəbələ şəhər yerində 100 ilə yaxındır ki, aparılan arxeoloji təqdqiqatlar hələ də davam edir.Qəbələnin Səlbir və Qala adlanan ərazilərində tədqiqatlar davam edir. Bölgəyə yerli arxeoloqları ilə yanaşı, Cənubi Koreyalı mütəxssislər də cəlb olunub. Professor Qafar Cəbiyevin rəhbərlik etdiyi eskpedisiya bu il də şəhərin Qalan adlanan ərazisində tədqiqatları davam etdirib. Aşkar olunmuş infrastruktur burada yaşamış əhalinin məişət və mədəniyyətinin, xarici ölkələrlə mədəni əlaqələrinin tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qazıntılar zamanı TAPILAN küp və bu kimi oxşar əşyalar tədqiq edilərək muzeyə təhvil veriləcək. Tapıntılarım aşkarlandığı ərazinin sahəsi 132 kvadrat metrdir. Tədqiqatların başlıca məqsədi şəhərin son iki min il ərzində formalaşmış yaşayış qatını müəyyən etməkdir.