İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib...

28 2018 12:30

İsmayıllı-Qaraməryam magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. İsmayıllı rayonu Ruşan kənd sakini İslam Şirinovun idarə Vaz 21 07 markalı avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirmədindən yolun sol tərəfində dayanan 1968-ci il təvəllüdlü Məmmədov Tahir Ağasadıq oğluna məxsus QAZ 53 markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən Vaz 2107 markalı avtomobil iki hissəyə bölünüb. Sürücü aldığı çoxsaylı xəsarətlər nəticəsində elə hadisə yerindəcə keçinib. Avtomobildə olan 2 sərnişin Məmmədova Nazxanım Yolçu Qızı və Məmmədova Elvira Afəddin qızı isə ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxnasına çatdırılıblar. Yaralıların vəziyyəti orta ağırdır. Fakt araşdırılır.