Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olub...

25 2018 14:56

Şəkidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olub. Mərasimdə iştirak etmək üçün dünyanın müxtəlif qitələrini təmsil edən gənc diaspora üzvləri bir araya gəlib. Ölkəmizdə ilk dəfə keçirilən Diaspor Gənclərinin I Yay düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malaziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə də daxil olmaqla 37 ölkədən 140 gənc iştirak edir. Düşərgə boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssslərin iştirakı ilə “Mənim dilim” təlimi təşkil edilir, “Vətəni tanı” adlı viktorina və yarışlar keçirilir. Açılış mərasimində çıxış edənlər gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi və digər mövzulardan bəhs ediblər. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ərsəyə gətirilən “Vətən uzaqda deyil” filmi nümayiş etdirilib. İncəsənət ustalarının ifasında vətəni, dövlətimizi tərənnüm edən musiqilər səslənib, rəqslər ifa olunub.