Şəkidə Bəxtiyar Vahabzadənin 93 illiyi münasibətilə tədbir keçirilib...

16 2018 17:27

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin 93 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə şairin Şəkidə yerləşən büstünün qarşısına gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçılarına Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Qeyd edək ki, Bəxtiyar Vahabzadənin doğulduğu ev muzeyə çevrilib. Tezliklə açılışı olacaq muzeydə şairə aid əşyalar, şəxsi kitabxana və s sərgilənəcək.