Şamaxı rayonunda ağır yol qəzası baş verib...

21 2018 16:03

Şamaxı rayonunda ağır yol qəzası baş verib. Hadisə ötən  gecə Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Qaravəlli kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxının Muğanlı kənd sakini  40 yaşlı Rəcəbov Sahib  Vahid   oğlunun idarə etdiyi 10 ZS 412 Dövlət nömrə nişanlı "VAZ 21012"markalı  minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarə etməni itirib  və avtomobil yoldan çıxaraq 10 metr dərinlikdə olan dərəyə aşıb. Hadisə zaman Rəcəbov Sahib  Vahid  oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağırlaşdığı üçün o Bakı şəhərinə yola salanıb. Fakt araşdırılır.