Qobustanda 60 yaşlı kişini ilan sancıb...

21 2018 15:59

Qobustanda 60 yaşlı kişini ilan sancıb. Rayonun  Yekəxana kənd sakini Əfqan Ağcayev bağında  meyvə toplayan zaman ilan onun sol baldırından sancıb.Ağcayev Əfqan Şamaxı rayon mərkəzi xəstəxanasına gətirilərək cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanada Əfqan Ağcayevə lazımı tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab  vurulub.  Mualicəsi  davam etdirilir, vəziyyəti qənaətbəxşdir.