Qəbələdə "Hərbiyyə" düşərgəsinin açılışı olub...

20 2018 17:05

İyulun 20-də Qəbələdə “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və DSX-nin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi olub.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DSX-nin rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak edib. “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və DSX-nin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir. Düşərgədə 9 regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edir. “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin, iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.