Qaxda yollarda təhlükəsizlik tədbirləri görülüb...

19 2018 16:11

Qaxda yollarda təhlükəsizlik tədbirləri görülüb. Son günlər havaların kəskin isti keçməsi nəticəsində çoxsaylı insan tutumu olan marşrutlar və xırdatutumlu əsasən də kondisionersiz avtomobillərin sürücüləri saxlanılaraq maarifləndirici söhbətlər aparılıb.Təhlükəsizlik tədbirinin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması, hava şəraitinin isti keçməsi ilə əlaqədar sürücüləri təlimatlandırmaqdan ibarət olub. Uzaq yol gedərkən sərnişinin və sürücünün səhhətində hər hansı bir problem yaranarsa dərhal yaxınlıqda olan post patrul xidmətinin əməkdaşlarına yaxınlaşmaları və ilk tibbi yardım edilməsi üçün müraciət etmələri tövsiyyə olunub.Qax şəhərinin müxtəlif hissələrində günaşırı davam edən yoxlamalar zamanı səhhətində problemlər olan, isti havada təyziqdən şikayət edən sürücülərə həkim tərəfindən ilk yardım göstərilib, sərin su paylanılıb.Tədbir zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər də aşkarlanıb. Həmin avtomobil sahiblərinə  inzibati protokol tərtib olunub. Belə təhlükəsizlik tədbirləri mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur...