Zaqatalada moruq yığan qadını ilan sancıb...

06 2018 13:56

 Zaqatalada moruq yığan qadını ilan sancıb. Rayonun Mamrux kənd sakini 51 yaşlı Davudova Məryəm Musa qızı səhər saatlarinda yaşadığı kəndin dağlıq meşəlik ərazisində moruq yığan zaman kolların arasında olan ilan qəfildən onun sağ əlinin dördüncü barmağından sancıb. Məryəm Davudova yaxınlarının köməkliyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxansına çatdırılıb. Ona lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Zərərçəkənin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.