Şəkidə avtomobillər toqquşdu...

06 2018 12:06

Şəkidə yol qəzası olub. Hadisə Salman Mümtaz küçəsində qeydə alınıb. Şəki şəhər sakini Əhmədov Əhməd Nurməmməd oğlunun idarə etdiyi 55-AC-732 dövlət nömrə nişanlı Şaqman markalı yük avtomobili dönmə əməliyyatını yerinə yetirərkən, eyni istiqamətdə olan Səmədov Natiq Yaqub oğluna məxsus 55-BV-166 dövlət nömrə nişanlı VAZ21099 markalı avtomobillə toqquşub. Minik avtomobilində olan sərnişin Həmidov Arzu Muxtar oğlu döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilir. Qəzada sürücülər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.