Şamaxıda avtomobil gölə düşdü...

06 2018 12:05

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Hacıqədirli kəndində qeydə alınıb. Toy mərasimindən gələn Şamaxı Rayonunun Bağırlı kənd sakini, 43 yaşlı Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı NİVA markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq kəndin yaxınlığında yerləşən gölə düşüb. Avtomobil suda batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev boğularaq dünyasını dəyişib. Kənd sakinlərinin dediyi sözlərə görə, sürücü avtomobildə tək olmayıb. Avtomobildə bir sərnişin də olub və qəza zamanı o avtomobilin içindən çixaraq hadisə yerindən uzaqlaşıb. Ölən şəxsin meyidini və avtomobil kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.