Qəbələdə ağır qəza: Azyaşlı dünyasını dəyişdi...

06 2018 12:03

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdaş sakini, hazırda Bakıda yaşayan 36 yaşlı Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadaları-Hacallı kənd sakini, 27 yaşlı Haqverdiyev Rəvan Rövşən oğlunu və onun 6 yaşlı oğlu Rövşən Haqverdiyevi vurub. Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev hadisə yerində dünyasını dəyişib, atası isə yaralandığı üçün Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.