Şəki Şəhər İcra Hakimiyyəti başçısı Baş Zəyzid kənd sakinləri ilə görüşüb...

05 2018 18:20

Şəki şəhər icra hakimiyyəti başçısı Baş Zəyzid kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Ölkədə bir neçə gündür elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı sakinlərə məlumat verib. Daha sonra sakinlərin problemləri dinlənilib. Sakinləri daha çox narahat edən məsələlər müzakirə edilib. Kənd sakinləri su, çayların zibillənməsi və sair problemlər barədə icra başçısına müraciətlər ünvanlayıblar. İcra başçısı isə öz növbəsində sadalanan problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib. Mövcud olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib.