Zaqatalada “Vergi Uşaqların gözü ilə” başlığı altında tədbir keçirilib...

13 2018 17:38

 Zaqatalada “Vergi Uşaqların gözü ilə” başlığı altında tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət sərgiylə tanış olublar. “Vergi Dostu” layihəsi çərçivəsində 13 saylı Ərazi Vergilər İdarəsinin, Rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi təbdirdə Car kənd 1 saylı tam orta məktəbin şagirdlərinin açıq dərsi dinlənilib. Dəyirmi masa ətrafında təşkil edilən açıq dərsdə əvvəlcə məktəbin müəllim və şagirdlərinin Cumhuriyyətinin 100 illiyi münasibəti ilə hazırladıqları “Haradan başlanır Vətən” filmi nümayiş etdirilib. Erkən yaşlarından uşaqlara “vergi” məhfumunun doğru aşılanması məqsədlə təşkil edilən açıq dərsdə dövlətin güclü olması üçün vergilərin vaxtında ödənilməsinin vacibliyi vurğulanıb. Şagirdlər qədim dövrlərdə dünyada tətbiq olunan vergi növləri, Cumhuriyyət dövründəki vergilər və müasir vergi qanunvericiliyi barəsində ətraflı məlumat veriblər. Şagirdlərin Azərbaycan, İngilis və rus dillərində büdcə, ekologiya və iqtisadiyyat mövzularında hazırladıqları təqdimatlar və slaydlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda Yeni Vergi dostlarına sertifikatlar təqdim edilib.2012 ci ildən başlayaraq həyata keçirilən layihə, məqsədindən və şagirdlərin açıq dərsindən danışacaq.