Şəkidə 15 iyun qurtuluş günü münasibəti ilə tədbir keçirilib...

13 2018 16:42

Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, digər idarə və təşkilatların nümayəndələri, şəhər ictimaiyyəti iştirak edib. Tədbir Azərbaycan himninin səslənməsi ilə açılıb. Çıxış edənlər qurtuluş gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etsə də yalnız 1993-cü il 15 iyunda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə davam edən xaosa son qoymaq mümkün olub. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan yenidən dirçəlib. Qeyd edilib ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri təxribatçı hərəkətləri Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlir. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir. Xatırladaq ki, 1997-ci ildə 15 iyun bayram günü elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.