İsmayıllıda istedadlı şagirlərlə görüş keçirilib...

13 2018 16:41

İsmayıllıda istedadlı şagirlərlə görüş keçirilib.Yola saldığımız tədris ilində Respublika, eləcə də beynəlxalq miqyaslı yarış və müsabiqələrdə uğur qazan şagirdlərlə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Əvvəlcə məktəblilərin ifasında musiqilər, rəqslər, şeirlər və səhnəciklər təqdim olunub. Tədbirdə Azərbaycan təhsilinin, bütövlükdə ölkənin inkişafında müəllimlərin, şagirdlərin, gənclərin üzərinə düşən vəzifələrdən danışılıb. Qeyd olunub ki, respublika və beynəlxalq miqyaslı yarış və müsabiqələrdə iştirak edən şagirlərin qazandıqları uğurlar təhsilimizin nailiyyətləridir. Həmçinin ardıcıl 3 il rayonda 700 bal toplayan şagirdlərin olması da təhsil sahəsində qazanılan uğurların göstəricisidir. Sonda bu ilki qəbul imtahanında 700 bal toplayan Vasif Əsədova,eyni zamanda müxtəlif yarışlarda qalib gələn şagirdlərə hədiyyələr və diplomlar təqdim olunub.