Çətənə kolu yandırılaraq məhv edildi...

12 2018 17:37

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Diqqətəlayiq haldır ki, bu tədbirlər ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır və cəmiyyətin təhlükəsizliyi naminə onlar da bu işdə polis əməkdaşlarına kömək etməyə çalışırlar. Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.