Son zəng qabağı məktəblərə xəbərdarlıq edildi...

12 2018 17:35

 Son zəngin yaxınlaşması və təhsil ilinin başa çatması ilə əlaqədar Şəki şəhər Təhsil şöbəsində tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları və Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru iştirak edib. Daha bir uğurlu tədris ilini layiqli şəkildə geridə qoyulduğuna diqqət çəkilib, qarşıdan gələn soz zəng mərasimlərinin də yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsinin vacibliyi vurğulanıb. Son zəngdən sonra tədbirlərin keçirilməməsi ilə bağlı məktəb rəhbərliyi və müəllimlərə xəbərdarlıq edilib. Həmçinin bildirilib ki, belə tədbirlərə görə də məktəb heç bir məsuliyyət daşımır. Son zəng tədbirlərinin təhlükəsiz keçirilməsi üçün Şəki DYPB-nin əməkdaşlarının da gücləndirilmiş iş rejimində çalışacaqları qeyd edilib. . Həmçinin valideynləri də həmin gün daha diqqətli olmağa çağırıblar. Sonda Şəki şəhər Təhsil şöbəsi tərəfindən mütəmadi olaraq məktəblərdə maarifləndirici tədbirlər keçirdiyi üçün Şəki DYPB-nin əməkdaşına fəxri fərman verilib.