Regionlararası cüdo birinciliyinə start verildi...

16 2018 17:10

İsmayıllı Olimpiya-İdman Kompleksində cüdo üzrə 2004-2006 U-15 yeniyetmələrin regionlararası “Federasiya kuboku” komanda yarışlarına start verilib. Yarışın rəsmi açılış mərasimində Cüdo Federasiyasının nümayəndələri, rayonlar üzrə Gənclər və İdman idarəsi əməkdaşları, və RİH-nin nümayəndələri iştirak ediblər. İdmançılara uğurlar arzulanıb. Yarışa Dövlət himninin səsləndirilməsi ilə start verilib. Cüdo birinciliyində 5 rayon üzrə 130 idmançı iştirak edir. Komandalardan 2-si Bakı şəhərini, 3 komanda isə regionları təmsil edir. İlk 3 yeri tutan komanda növbəti mərhələyə vəsiqə əldə edəcək. Bu cür yarışların keçirilməsində məqsəd regionlarda cüdonun inkişaf etdirilməsi və yeni idmançıların üzə çıxarılmasıdır.