Şəkidə 422 nəfərin biliyi sınandı...

16 2018 16:58

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edə bilməyən cari ilin məzunları üçün imtahanlar keçirib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub. Şəkidə keçirilən imtahanlarda 422 nəfər iştirak edib. Ümumilikdə isə imtahanlarında 7121 nəfər biliyini sınayıb. İmtahanların idarə olunmasına 49 imtahan rəhbəri, 599 nəzarətçi müəllim ayrılıb.