Dağlıq ərazilərə qar yağdı...

16 2018 13:49

Şimal-qərb də soyuq hava özünü daha çox Şamaxının dağ kəndlərində göstərib. Dağlıq ərazilərdə qar yağıb. Qışda həsrət qaldığımız qarın indi yağması təsərrüfatçıları məyus etsə də Qəbələdə turistləri bir xeyli sevindirib. Yağıntı əsasən Şamaxının Çuxuryud-Pirqulu Dəmirçi-Sis-Qəleybuğurd və Qaladərəsi kəndlərində müşahidə edilib.Kəndlərdə havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 8-9 dərəcə aşağı düşüb.Aprel ayında qarın yağması sakinlər və kəndə gələn turistlər üçün gözlənilməz olub. Qarın ən çox düşdüyü ərazi Şamaxının Dəmirçi kəndi olub. Burda qarın hündürlüyü 30-35 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, 20 ilə yaxındır ki, yaz fəslinin ortalarında bu qədər qarın yağmasına rast gəlməyiblər. Təsərüfatçılar qarın yağmasının taxıl sahələri üçün xeyirli olsa da çiçəklənən meyvə ağaclarına ziyan vuracağını düşünür. Qəbələyə qarın yağması isə turistlərin ürəyincə olub. Rayonun Laza,Qəmərvan,Bum,Durca kəndlərində güclü qar yağışı müşahidə olunub. Qış turizmi rayonlarından olan Qəbələyə qarın yağması ilə yenidən canlanma müşahidə olunub. Qeyri-sabit hava şəraitinin sabahdan etibarən dəyişəcəyi ehtimal olunur.