Çay mərcanından çıxdı, evlər su altında qaldı...

16 2018 12:16

Son bir neçə gündə aramsız yağan güclü leysan yağışlar Zaqatala və Balakəndə bir sıra fəsadlara yol açıb. Mənbəyini dağlardan götürən iri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb, bəzi çaylarda qısa müddətli sel yaranıb. Evləri su basıb. Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəli çayında qısa müddətli sel yaranıb, çay məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15 -ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb. Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel suları aparıb. Leysan yağışları nəticəsində rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib. Zaqatala rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır.