Qobustanlı gənclər vətəni qorumaq üçün yola düşdü...

14 2018 14:23

Qobustan rayonunda olan gənclər vətənə olan borclarını yerinə yetirmək üçün hərbi hissələrə yola düşüblər. Çağırışçılar ilk öncə rayon rəsmiləri ilə birlikdə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Daha sonra keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və zabitləri və rayon ağsaqqalları çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik edib və onlara öz tövsiyələrini veriblər. Çağırışçılar vətənə xidmət edəcəkləri üçün qürur hissləri keçirdiklərini, valideynlərsə övladlarını böyük fəxrlə hərbi hissəyə yola saldıqlarını bildiriblər.