Zaqatalada ağır tonnajlı yük avtomobili aşdı...

14 2018 12:25

Səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda ağır tonnajlı yük avtomobili aşıb. Hadisə yolun 124-cü km-də, Zaqatala ərazisində qeydə alınıb. Sədiyar Dadaşov idarə etdiyi 24 AC 337 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Xosbəxtlikdən qəzadan sürücü xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.