Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümü münasibətilə bölgələrdətədbir keçirilib...

13 2018 17:07
İsmayıllı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə RİH-nin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili ilə məşğul olan bu şöbənin mühüm əhəmiyyətə malik olmasından və əldə olunan uğurlardan bəhs ediblər. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yarandığı vaxtdan həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlıqda əhəmiyyətli nəticələr əldə olunub. Tədbirin sonunda xidmətdə fərqlənmiş bir sıra əməkdaşa fəxri fərmanlar təqdim olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümü münasibətilə Şəkidə də tədbir keçirilib. Tədbirdə çıxış edənlər ordu quruculuğu istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı işlərin görüldüyünü bildiriblər. Gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyi diqqətə çatdırılıb. Bir sıra xidmət əməkdaşlarına fəxri fərman və hədiyyələrlər verilib. Tədbir bədii hissə ilə davam edib. Vətənpərvər ruhda mahnılar, şeirlər və rəqslər ifa edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü Qaxda da qeyd edilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Xidmətin yaranmasından ötən altı il ərzində səfərbərlik, gənclərin müddətli həqiqi-hərbi xidmətə göndərilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıblar. Xidmətdə fərqlənən hərbi qulluqçulara, həmçinin aprel döyüşlərinin iştirakçısı Ayaz Cumayevə fəxri fərman təqdim olunub. Tədbirin sonunda Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.