Dahi şair Bəxtiyar Vahabzadə Şəkidə anılıb...

13 2018 16:28

Azərbaycanın xalq şairi, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin vəfatından 9 il keçir. Doğulub boy-başa çatdığı Şəkidə keçirilən dahi şairin anım mərasimindən öncə iştirakçılar onun büstünü ziyarət edib. Tədbir Nakam adına Şəki Mərkəzi kitabxanasında davam etdirilib. Bəxtiyar Vahabzadə yaradacılığı müzakirə edilib, unudulmaz şairin şeirləri səsləndirilib. Bildirilib ki, Vətən haqqında yazıları şairin yaradıcılığının əsas qayəsini təşkil edib. Hələ sovet ideologiyasının hakim olduğu bir zamanda Azərbaycanın iki yerə parçalanmasına həsr etdiyi “Gülüstan” poeması isə Bəxtiyar Vahabzadə yaradıcılığının zirvəsini təşkil edir. Qeyd edək ki, əvəzolunmaz şair Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakıda dünyasını dəyişib.