Ağac parçalarını təyyarəyə çevirən aviamodelçi...

13 2018 16:17
Sözün əsl mənasında o, hər bir detalına qədər təyyarə hazırlayır. Həmin təyyarə modelləri yanacaqla çalışaraq, uçuş da həyata keçirə bilir. Aviamodelçiliklə məşğul olan qəhrəmanımızın rastlaşdığı bir sıra problemlər var. Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur. 15 – dən artıq təyyarə hazırlayan usta “Cesna-182 Skylane”, “Tricopter”, “Nobler” kimi modellərlə sərgilərə də qatılıb. Ayaz Məmmədov təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu onların hafizəsinin inkişaf etdirilməsinə, həmçinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə xidmət göstərir. Hazırda ustanın ən böyük problemi təyyarə modellərini hazırlamaq üçün lazım olan materialları çətinliklə tapmasıdır. Xüsusilə də yanacağın olmaması təyyarə modellərinin uçmasına da çətinlik yaradır.