Ölkədə ipəkçiliyin daha da inkişafına yönələn növbəti addım...

12 2018 16:26

"Şəki İpək" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Sənayə Korporasiyası"na daxil olub. Bu addım kombinatın fəaliyyətində önəmli rol oynayacaq. İpəkçilik ənənələrinin yaşadığı Şəkidə bu həm də yeni iş yerləri deməkdir.
"Şəki İpək" ASC-nin yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub. Bura xarici və yerli məsləhətçi şirkətlər cəlb olunacaq. Tezliklə korporasiyanın köməkliyi ilə kombinatın fəaliyyəti tam bərpa olunacaq. Bu həmçinin işçi sayının da artmasına şərait yaradacaq. Ötən il müəssisə 245 ton yaş barama istehsal edib. Bu il isə həmin sayın 400 tona çatacağı proqnozlaşdırılır.