Öz biznesini qurmaq istəyənlərə fürsət...

12 2018 15:59
İşsizliyin aradan qaldırılması, yаşаyış səviyyəsinin yüksəldilməsi ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindəndir. Bu baxımdan Zaqatalada önəmli addım atılıb.Rayonda 20 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Həmçinin məşğulluq mərkəzi tərəfindən ötən il 523 nəfər işlə təmin edilib.
Zaqatala sakini Asim Əliyev ustalıq edərək ailəsini dolandırır. Qəhrəmanımızın sözlərinə görə, dəfələrlə lazımi avadanlığı tapa bilmədiyindən ona təklif olunan təmir işlərindən imtina etmək məcburiyyətində qalıb. “Öz biznesinə başla və təkmilləşdir !” layihəsi çərçivəsində keçirilən təlimlərdə 26 ailə iştirak edib. Araşdırma yolu ilə Asim Əliyevin ailəsi də daxil olmaqla 20 aztəminatlı ailə seçilərək 82 min manat dəyərində mal və materialla təmin edilib. Layihə çərçivəsində 12 ailə heyvandarlıq, 8 ailə isə ayaqqabı ustası, dərzi, şirniyyatçı, kompüter mütəxəssisi və digər xidmət sahələrində öz kiçik biznes təsərrüfatlarını yaradıblar. Layihədən ən azı bir il ərzində Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata düşən və müvafiq işlə təmin olunmayan aztəminatlı ailələr bəhrələnə bilər. Zaqatala Rayon Məşğulluq mərkəzinə 2018-ci ilin yanvar ayından etibarən 559-a yaxın işaxtaran müraciət edib ki,onlardan 310 nəfərinə abadlıq və təmizlik işləri üzrə işə göndəriş verilib.