İsmayıllı sakini dəm qazından zəhərlənib...

12 2018 14:37
73 yaşlı Firuzə Əliyeva hamamda su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib. Qadını huşsuz vəziyyətdə qızı aşkarlayıb. Dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasının təcili yardım stansiyasına zəng edib. Hadisə yerinə gələn tibb işçiləri xəstəni İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. Həkimlərin səyi nəticəsində qadını həyata qaytarmaq mümkün olub. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.