Öz qohumunun tövləsini yandırıb, evindən oğurluq etdi...

12 2018 14:04

Şəkidə oğurluq faktı da qeydə alınıb. Hadisə rayonun Fazıl kəndində baş verib. Kənd sakini İlqar Məmmədovun evindən 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində bujuteriya və 600 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxslərin ev sahibinin yaxın qohumları olduğu məlum olub. Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranan şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. Məftun Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı salonundan tapılan 2 ədəd idman papağından hazırlanmış maska , eləcə də oğurlanan qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştirakları olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.