Şəkidə 34 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı...

12 2018 13:58

34 nəfəri aldatdı, sonda polisə yaxalandı... Şəkidə 34 nəfərə qarşı dələduzluq edən Bakı sakini saxlanılıb. Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini Gülnar Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2 230 manatını aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Onun 2017-ci il ərzində 34 Şəki rayon sakinini aldadaraq dələduzluq yolu ilə müəyyən məbləğdə pul alması müəyyən edilib.