Şəkidə ötən ilin hesabatı verildi...

10 2018 16:33

Şəkidə də bu gün hesabat yığıncağı keçirilib. Əvvəlcə rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib. Daha sonra keçirilən yığıncaqda bildirilib ki, 2017-ci ildə istehsalın əsas sahələrində 406 milyon manatlıq məhsul buraxılıb. 214 min ton taxıl istehsal olunub. Barama istehsalında da inkişaf qeydə alınıb. Ötən ilin payız mövsümündə rayonda 140 mindən çox tut tingləri əkilib. 2017-ci ildə barama istehsalının həcmi 18 tona çatdırılıb. Son illərdə rayonda tütünçülüyün inkişafında ciddi dönüş yaranıb. Nəticədə 2017-ci ildə 843 hektar sahədə 2631 ton məhsul istehsal olunub. 469 hektar sahədə yeni fındıq bağları salınıb. Həmçinin abadlıq-quruculuq işləri də davam etdirilib. Hazırda Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının inşası işləri aparılır, “ASAN həyat” kompleksinin tikintisi işi davam edir, “Yuxarı Baş” tarix-memarlıq qoruğu ərazisində “ABAD” Keramika Mərkəzi üçün ayrılmış binada yenidənqurma işləri tamamlanıb. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlərin artıq 3-cü mərhələsi həyata keçirilir. Son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb.